...

Narkotik alverində təqsirləndirilən Hepatit C xəstəsinə hökm oxundu

Gündəm Materials 28 İyun 2022 12:13 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mahir Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

M.Babayev özünü ittihamlarda təqsirli bilməyib və məhkəmədən ədalətli qərar istəyib.

Məhkəmənin hökmü ilə M.Babayev 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Mahir Babayev saxlanılıb. Üzərinə və yaşadığı evə baxış keçirilərkən ondan narkotik maddə və güclü təsiredici həb aşkar edilərək götürülüb.

Xatırladaq ki, M. Babayev Hepatit C xəstəliyindən əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti