...

Elan saytlarında kiber dələduzluğun yeni dalğası başlayıb - Ekspertdən xəbərdarlıq

Gündəm Materials 2 Avqust 2022 10:13 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər kiber dələduzluğun yeni dalğası yayılıb.

Bu barədə Trend-ə İKT üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.

O bildirib ki, zərərçəkənlər, 2500, 5000 AZN itiriblər.

"Dələduzluğun yenə də mənbəyi elan saytlarıdır. Amma metod bu dəfə fərqlidir. Belə ki, satışa qoyulan əşyalara xarici nömrələrdən alış üçün mesajlar gəlir. Lakin bu dəfə dələduzlar ənənəvi olaraq kart məlumatı istəmirlər. Satışa qoyduğunuz məhsulu almaq üçün sizdən şəxsiyyət vəsiqənizi istəyirlər ki, guya real adam olduğunuzu yoxlasınlar. Siz onlara vəsiqənizin şəklini göndərəndə, FIN kodunuz vasitəsilə bir-bir mobil bankların tətbiqlərində şifrə bərpa əməliyyatları edib, müştərisi olduğunuz bankı tapırlar. Daha sonra sizi manipulyasiya edib, guya ödəmə etmək üçün nömrəyə gələn kodu istəyirlər. Zərərçəkmişlər heç bir bank məlumatı vermədiyini düşünürək, rahatlıqla həmin kodu qarşı tərəfə deyirlər. Beləcə, bank tətbiqi dələduzun əlinə keçir və dələduz hesablarınızın hamısına giriş edərək "card to card" əməliyyatlara başlayır".

Ekspert bildirib ki, dələduzluqdan qorunmağın iki yolu var.

"Birinci qayda şəxsiyyət vəsiqənizdə olan məlumatları qəti şəkildə tanımadığınız adamlarla bölüşməmək və 2 mərhələli təsdiq kodlarını heç kimə göndərməmək",- deyə F.Pərdəşünas qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti