...

Azərbaycan hərbçiləri Türkiyədə xüsusi təyinatlı kursunda iştirak ediblər (FOTO)

Gündəm Materials 6 Avqust 2022 11:08 (UTC +04:00)
Azərbaycan hərbçiləri Türkiyədə xüsusi təyinatlı kursunda iştirak ediblər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkənin Ankara şəhərində keçirilən “Xüsusi təyinatlı kursu"nda iştirak ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.

Buraxılış mərasimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti