...

Nazirlik Lökbatanda palçıq vulkanının püskürməsi ilə bağlı açıqlama yaydı

Gündəm Materials 11 Avqust 2022 12:15 (UTC +04:00)
Nazirlik Lökbatanda palçıq vulkanının püskürməsi ilə bağlı açıqlama yaydı

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Trend-ə bildirib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir”.

Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanlarından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti