...

Lerikdəki dəhşətli qəzanın səbəbləri nə olub?

Gündəm Materials 5 Sentyabr 2022 14:05 (UTC +04:00)
Lerikdəki dəhşətli qəzanın səbəbləri nə olub?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Lerikin Günəşli kəndində turistləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə 8 nəfər dünyasını dəyişib. Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, vətəndaşlar bölgələrdə əksər avtobus və mikroavtobusların köhnə olduğunu və texniki parametrlərə cavab vermədiklərini qeyd edib. Avtobus parkının yenilənməsini vurğulayıblar. Əks təqdirdə faciəyə səbəb olacaq qəzaların qaçınılmaz olacağını bildiriblər.

Məsələ ilə bağlı Trend-ə açılama verən avtomobil sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki, qəzanın səbəblərindən biri də texniki nasazlıq ola bilər.

"Respublikamızda avtobus və mikroavtobus parkı bərbad vəziyyətdədir. Avtobus və mikroavtobus parkının 70%-ini köhnə və istismar müddəti başa çatmış nəqliyyat vasitələri təşkil edir. Vətəndaşlarımız məcburiyyətdən bu nəqliyyat vasitələrindən istifadə edir. Azərbaycanda sərnişindaşıma ilə məşğul olan avtobuslar və mikroavtobusların çoxu 1996-1998-ci illərdə istehsal olunub. Onlar artıq heç bir texniki parametrlərə cavab vermir", - nəqliyyat eksperti deyib.

Onun sözlərinə görə, köhnə avtobus və mikroavtobuslar əsasən rayonlarda istifadə olunur:

"Lerikdə 8 nəfərin həyatını itirməsi ilə baş verən hadisə ciddi araşdırılmalıdır. Qəzanın səbəblərindən biri də texniki nasazlıq ola bilər. Bu hadisəyə ekspertlər rəy verəndən sonra hadisənin əsas səbəbi məlum olacaq. Ümumiyyətlə sərnişinlərin kütləvi turist kimi harasa aparılması əvvəlcədən Dövlət Yol Polisi ilə razılaşdırılmalıdır. Bunun üçün mexanizm yaradılmalıdır".

Ekspert bildirib ki, sərnişindaşıma ilə məşğul olan şəxs səfərə çıxmadan öncə avtomobili mütləq texniki müayinədən keçirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti