...

MÜSİAD Türkiyənin ən önəmli ticarət sərgisini hazırlayır - Mahmud Asmalı

Gündəm Materials 10 Sentyabr 2022 12:06 (UTC +04:00)
MÜSİAD Türkiyənin ən önəmli ticarət sərgisini hazırlayır - Mahmud Asmalı

Bakı. Trend:

Türkiyənin və regionun ən əhəmiyyətli ticarət sərgilərindən biri olan və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən iki ildən bir təşkil edilən MÜSİAD EXPO 2-5 noyabr tarixlərində 19-cu dəfə öz qapılarını ziyarətçilərinə açmağa hazılaşır.

TurkicWorld-un məlumatına görə, bu barədə MÜSİAD sədri Mahmud Asmalı bildirib.

O qeyd edib ki, TÜYAP İstanbul Konqres Mərkəzində keçiriləcək sərgiyə 124 ölkədən 100 mindən çox ziyarətçi və iştirakçının qatılacağı gözlənilir. Bununla yanaşı, sərgidə bir çox nüfuslu sahibkarlar, investorlar və iş adamları da bir araya gələcək.

Pandemiyadan sonra təşkil edilən MÜSİAD EXPO 2020-də epidemiyanın təsirlərinə baxmayaraq yüzdə 97 məmnuniyyət nisbətinin ortaya çıxdığını ifadə edən Asmalı, MÜSİAD EXPO 2022-nin qlobal ticarətə istiqamət verəcəyini bildirib.

"Təhlükəsiz xidmət anlayışı ilə keçirilən yeganə yarmarka olan MÜSİAD EXPO-da 102 ölkədən ziyarətçiləri qəbul etdik. Bu il isə hədəfimiz 124 ölkədən 100 mindən çox ziyarərçi qəbul etməkdir. Avropa, Asiya və Afrika ölkələrindən sərgizimə ciddi qatılımlar var. Azərbaycan, Rusiya, Qətər, Səudiyyə Ərəbistanı, Mərakeş, İndoneziya, Nigeriya, Pakistan İran və Əlcəzair kimi bir çox ölkədən ixtisaslı şirkətlər MÜSİAD EXPO-da yer iştirak edəcəklər”, - deyə sədr bildirib.

Kommersiya diplomatiyası sahəsində görülən işlərə toxunan Asmalı sərgi çərçivəsində D8 səfirlərinin görüşünün keçiriləcəyini diqqətə çatdırıb. O, MÜSİAD EXPO-nun Türkiyənin 2023-cü il hədəflərinə birbaşa töhfə verəcəyini bildirdi.

“MÜSİAD EXPO ölkəmizə 2023-cü ildə 300 milyard dollarlıq ixrac hədəfinə çatmaq üçün böyük fürsət təqdim edir. Keçmiş sərgilərdə milyard dollarlıq ticarət ilə iqtisadiyyata qatqı təmin edilib. Bu sərgidə yüksək səviyyəli kommersiya əlaqəsi ilə ölkəmizin iqtisadiyyatına 2023-də maksimum töhfə verməyi hədəfləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti