...

Xocavənddə minaya düşən şəxsin vəziyyəti stabildir (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 2 Oktyabr 2022 13:16 (UTC +04:00)
Xocavənddə minaya düşən şəxsin vəziyyəti stabildir (ƏLAVƏ OLUNUB)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 2-si Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. Vəziyyəti stabildir.

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

XXX

12:39

Oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Xocavənd rayon prokurorluğundan Trend-ə bildirilib ki, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

XXX

12:18

Xocavənddə bir nəfər minaya düşərək xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, 2022-ci 2 oktyabr tarixində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

Hadisə ilə bağlı ANAMA tərəfindən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti