...

Metronun "B 4" stansiyanın tikintisi 2024-cü ildə başa çatdırıla bilər

Gündəm Materials 5 Noyabr 2022 15:27 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şərti adı "B 4" olan stansiyanın tikintisi 2024-cü ildə başa çatdırıla bilər.

Trend-in məlumatına görə, bunu Bakı metropoliteninin 55 illiyinə həsr olunan tədbirdən sonra bu gün jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda stansiyada qazıntı işləri aparılır: "8 Noyabr stansiyasından "B 4" stansiyasına qədər tunellər qazılıb. Tunellərin içində quraşdırma işləri gedir. Gələn ilin sonuna, ən gec halda 2024-cü ilin əvvəlinə "B 4" stansiyasının tikintisini başa çatdıra bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti