...

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Gündəm Materials 22 Dekabr 2022 19:36 (UTC +04:00)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Bakı. Trend:

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejiminin müddəti 1 yanvar 2023-cü ilə qədər idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti