...

Qara görə taksi qiymətləri kəskin artdı (FOTO)

Gündəm Materials 9 Yanvar 2023 09:27 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə olunur.

Trend xəbər verir ki, taksi xidməti göstərən avtomobillərin tapılmasında çətinliklər yaranıb.

Qiymətlərdə isə kəskin artım müşahidə olunur. 3-5 manat arası dəyişən məsafə üçün hazırda 20-30 manat arası qiymətlər göstərilir

Qeyd edək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti