Bakı. Trend:
"Microsoft" şirkəti yeni süni intellekt modeli VALL-E-ni təqdim etdi. Sistem yalnız üç saniyəlik nümunələr əsasında insan səsini təqlid edə bilir.
Trend-in məlumatına görə, ABŞ texnologiya nəhəngi mətndən səs yarada bilən süni intellekt model "VALL-E" -ni təqdim edib.
Yalnız 3 saniyəlik nümunədən istifadə edərək səsləri təqlid edə bilir.
Əslində edə biləcəkləri bununla da məhdudlaşmır, süni intellekt hətta danışanın duyğusuna uyğun səs tonunu da nizamlaya bilir.
"Microsoft" bildirir ki, dil modeli olan "VALL-E" 2022-ci ilin oktyabrında "Meta" tərəfindən təqdim edilən " EnCodec" adlı texnologiyadan faydalanır. Normalda gördüyümüz oxşar sistemlərdən fərqli olaraq, model mətn və səslərdən nəticə çıxarır. Əsasən, o, insanın necə səsləndiyini təhlil edir , "EnCodec" sayəsində bu məlumatları ayrı komponentlərə ayırır və təlim məlumatlarına uyğun gəlir. Nəticədə nümunədəki səsi təqlid etməklə müxtəlif cümlələr yaranır.
Nümunələr araşdırıldığında süni intellektin bəzi yerlərdə robot səsi ilə göründüyü, bəzi yerlərdə isə təəccüblü dərəcədə real olduğu görülür. Həmçinin nümunələrdə "VALL-E" natiqin tonunu qoruyur, hətta ətraf mühitə uyğun nəticə verdiyini də görmək olar.