...

Səfirliyə hücum edən şəxs iki azyaşlı uşaqla birlikdə olub - Təfərrüat

Gündəm Materials 27 Yanvar 2023 11:28 (UTC +04:00)
Səfirliyə hücum edən şəxs iki azyaşlı uşaqla birlikdə olub - Təfərrüat

Bakı. Trend:

Səfirliyə hücum edən şəxs iki azyaşlı uşaqla birlikdə olub

Trend xəbər verir ki, bunu Tehran polisinin rəisi Hüseyn Rəhimi bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb.

Bu gün səhər həmin şəxs odlu silahla Azərbaycan səfirliyinə hücum edib və odlu silahla atəş açmağa başlayıb. Bu hadisədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Tehran polisinin rəisi bildirib ki, dərhal polis əməliyyata başlayaraq hücum edən şəxsi saxlayıb və onun dindirilməsi davam edir.

İlkin dindirilməyə əsasən, hücum edən şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub. Atəş açan şəxs ailə problemləri və şəxsi məsələlərə görə hücum etdiyini bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti