Bakı. Trend:
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbilə 7 günlük milli matəm elan edildiyini açıqlayıb.
Trend-in məlumatına görə, fevralın 12-si bazar gününədək bütün ölkədə və xarici nümayəndəliklərdə bayraqlar yarıya qədər endirilib.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 2921-ə çatıb, daha 15 834 nəfər yaralanıb.