...

Müasir Azərbaycan Prokurorluğunun formalaşmasında Ulu öndər Heydər Əliyevin rolu əvəzolunmazdır - Baş prokuror (FOTO)

Gündəm Materials 14 İyun 2023 12:55 (UTC +04:00)
Müasir Azərbaycan Prokurorluğunun formalaşmasında Ulu öndər Heydər Əliyevin rolu əvəzolunmazdır - Baş prokuror (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Qəbələ. Trend:

Konstitusiyaya prokurorluğun fəaliyyətini tənzimləyən ayrıca 133-cü maddə məhz Heydər Əliyevin təşəbbüsü ilə daxil edilib.

Trend xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev bu gün Qəbələdə təşkil olunmuş Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında qeyd edib.

Vurğulanıb ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyaya prokurorluğun fəaliyyətini tənzimləyən ayrıca 133-cü maddə daxil edilməklə, prokurorluq orqanlarının dövlət təsisatları sırasında və ümumilikdə cəmiyyətimizdə olan yeri müəyyənləşdirilərək dövlət səviyyəsində göstərilən hərtərəfli dəstək və qayğı nümayiş etdirilmişdir.

Bildirilib ki, Heydər Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilib, qurumun fəaliyyəti ilə bağlı beynəlxalq, demokratik və sivil standartları əks etdirən qanunvericilik aktları hazırlanaraq qəbul edilib, yeni nəsil kadr siyasətinin, müsabiqə yolu ilə işə qəbulun istiqamətləri müəyyən olunub, prokurorluğun gələcək intellektual bazasının yaradılması üçün işə qəbul qaydaları dəyişdirilib, prokurorluq işçilərinin maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində diqqət və qayğı artılırılmaqla, peşə bayramı günü təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti