...

“NASA” insanabənzər astronavt robotunun sınaqlarına başlayır

Gündəm Materials 10 İyul 2023 17:00 (UTC +04:00)
“NASA” insanabənzər astronavt robotunun sınaqlarına başlayır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“NASA”nın “Valkyrie” insanabənzər robotu geniş sınaq üçün Hyustondakı “Johnson” Kosmik Mərkəzindəki əsas bazasından Avstraliyadakı “Woodside Energy” şirkətinə göndərilir. “NASA”nın insanabənzər astronavt robotu “Valkyrie”, agentliyin “Artemis” və digər kosmik missiyaları zamanı istifadə olunmaq və insan astronavtlarına kömək etmək üçün nəzərdə tutulub.

Trend-in məlumatına görə, “NASA” və “Woodside Energy” arasında müqavilə “Valkyrie” robotunun geniş sınaqlarına və kosmosdan kənarda istifadənin tədqiqinə əsaslanır. Sınaqlar çərçivəsində robotun ekipajsız və dənizdəki enerji obyektlərinə uzaqdan texniki xidmət göstərmək imkanları sınaqdan keçiriləcək. “NASA” ümid edir ki, “Woodside”ın obyektlərində həyata keçirilən sınaqlar, Ayda və digər planetlərdə tapılanlar kimi çirkli və təhlükəli şəraitdə işləmək üçün robotların daha yaxşı layihələndirilməlisi haqqında dəyərli fikirlər alamağa ümid edir.

Robotun həyata keçirəcəyi fəaliyyətlərdən bəzilərinə yeni məhsullar istehsal etmək üçün resurslar və materiallardan istifadə edən infrastruktur və obyektlərin yoxlanılması və saxlanması daxildir. “Valkyrie” və digər qabaqcıl mobil robotlar insanlara uzaqdan təhlükəli işlərə nəzarət etməyə və ya yorucu və təkrarlanan işlərin yükünü yüngülləşdirməyə kömək etmək potensialına malikdir. Bu səbəbdən robotlar “Artemis” kimi vəzifələrin həyata keçirilməsi və bəşəriyyətin Ay səthində qalıcı olması üçün əsas vasitələrdir.

“NASA”nın robototexnika komandasının rəhbəri Shaun Azimi deyib: "Biz təhlükəli mühitlərdə daha təhlükəsiz əməliyyatlar həyata keçirməklə Yerdəki həyata müsbət təsir göstərmək potensialına malik olan qabaqcıl robot sistemlərinin inkişafı və sınaqlarının növbəti mərhələsinə başlamaqdan məmnunuq ".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti