...

Bu sosial şəbəkələr 3 ayda 34 milyard qazanıb

Gündəm Materials 26 Oktyabr 2023 12:14 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Facebook", "Instagram" və "WhatsApp"a sahib olan “Meta”nın gəliri ilin üçüncü rübündə 34,1 milyard dollara, “IBM”in gəliri isə 14,8 milyard dollara yüksəlib.

Trend xəbər verir ki, bu barədə “Meta” və “IBM”in iyul-sentyabr dövrü üçün olan hesabatlarında bildirilib.

Hesabata görə, “Meta”nın bu ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 34,1 milyard dollara çatıb. Şirkət 2022-ci ilin eyni dövründə 27,7 milyard dollar gəlir əldə edib.

“Meta”nın xalis mənfəəti bu ilin üçüncü rübündə 164 faiz artaraq, 11,6 milyard dollara çatıb. Şirkət 2022-ci ilin üçüncü rübündə 4,4 milyard dollar xalis mənfəət əldə edib. Şirkətin 2022-ci ilin üçüncü rübündə 1,64 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 4,39 dollara çatıb.

“Meta”nın törəməsi olan "Facebook"un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu müddət ərzində artmağa davam edib. "Facebook"un gündəlik aktiv istifadəçilərinin sayı sentyabr ayı etibarilə illik müqayisədə 5 faiz artaraq, 2,09 milyarda çatıb. Sentyabrın 30-u tarixinə şirkətin işçilərinin sayı əvvəlki ilə nisbətən 24 faiz azalaraq 66 min 185-ə düşüb.

İyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayan “IBM”in üçüncü rübdə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 14,8 milyard dollara çatıb. “IBM” 2022-ci ilin üçüncü rübündə 14,1 milyard dollar gəlir əldə edib.

Hesabatda qeyd olunub ki, şirkətin xalis mənfəəti ilin üçüncü rübündə 1,7 milyard dollara yüksəlib. “IBM” ötən ilin üçüncü rübündə 3,2 milyard dollar zərərlə işlədiyini açıqlamışdı.

Ötən ilin üçüncü rübündə hər səhmə görə 3,54 dollar xalis zərərlə üzləşən şirkət bu ilin eyni rübündə hər səhmə görə 1,84 dollar xalis mənfəət əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti