...

BƏƏ Qəzzadakı vəziyyətlə bağlı BMT TŞ-nin iclasının keçirilməsini istəyib

Gündəm Materials 2 Dekabr 2023 03:24 (UTC +04:00)
BƏƏ Qəzzadakı vəziyyətlə bağlı BMT TŞ-nin iclasının keçirilməsini istəyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı dekabrın 4-də qapalı iclasının keçirilməsini istədik.

Trend-in məlumatına görə, bu barədə BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Lana Zəki Nusseyba deyib.

"BƏƏ vəziyyətə işıq salmaq və Şuranın diqqətini bu böhrana yönəltmək üçün [BMT TŞ] iclaslarının keçirilməsi ilə bağlı müntəzəm olaraq müraciət edir. Məsələn, biz indicə bazar ertəsi Təhlükəsizlik Şurasında hərbi əməliyyatların bərpası ilə bağlı qapalı məsləhətləşmələrin keçirilməsini xahiş etdik", - deyə o bildirib.

O əlavə edib ki, BƏƏ BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlodan Yaxın Şərq regionuna səfərdən bu yaxınlarda qayıtdığını nəzərə alaraq, ondan Təhlükəsizlik Şurası] üçün brifinq keçirilməsini xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti