...

Qoca Səmədov vəfat etdi

Gündəm Materials 6 Dekabr 2023 12:48 (UTC +04:00)
Qoca Səmədov vəfat etdi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Həbs olunmuş sabiq icra başçısı Qoca Səmədov vəfat edib.

Trend xəbər verir ki, Yevlax Rayon İcra Hakimiyyətinin həbs olunmuş sabiq başçısı Qoca Səmədov ürək tutmasından bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. İyul ayında isə səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılmışdı.

Xəbər lenti

Xəbər lenti