Bakı. Trend:
2024-cü ilin hazırlıq planına uyğun olaraq, komando bölmələri
ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, beş mərhələdən ibarət
məşğələlər zamanı komandolar müxtəlif tapşırıqları yerinə
yetiriblər.
İlkin mərhələdə taktiki yerdəyişmə üsulları ilə hədəfə doğru irəliləmə və kəşfiyyat məlumatlarının toplanması üzrə fəaliyyətlər yerinə yetirilib.
Daha sonra hücum yarımqruplarının obyektə yaxınlaşması, basqın əməliyyatının icra olunması və hədəfdə tərtiblənmə tapşırıqları icra edilib.
Sərt iqlim şəraitində və çətin relyefli ərazilərdə keçirilən məşğələlər zamanı komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.