Bakı. Trend:
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında 6 Qazaxıstan vətəndaşı Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.
Trend-in əldə etdiyi məlumata görə, daha sonra Rusiyanın simfonik orkestri və incəsənət xadimlərindən ibarət 90 nəfərlik qrupun təxminən yarısı sərhəddən keçib.
Belə ki, iki avtobus artıq Bakıya yola salınıb.
Üçüncü avtobusun dolması gözlənilir.