...

Türkiyə MN Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Gündəm Materials 26 İyun 2025 13:13 (UTC +04:00)
Türkiyə MN Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib.

Trend xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

“Qardaş Azərbaycanın təhlükəsizliyi və sabitliyi üçün gecə-gündüz xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. “Bir millət, iki dövlət” şüarı ilə hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti