...

Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib (FOTO)

Gündəm Materials 10 İyul 2025 15:14 (UTC +04:00)
Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi tədbirlər planına əsasən, “Ən yaxşı İnformasiya Texnologiyaları (IT) mütəxəssisi” adı uğrunda yarış keçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarışda Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində ən yaxşı nəticə göstərmiş IT mütəxəssisləri iştirak ediblər.

Hərbi qulluqçulara iki mərhələ üzrə keçirilən yarışın şərtləri izah olunub və təhlükəsizlik qaydaları çatdırılıb.

Çıxış edənlər iştirakçılara uğurlar arzulayıb, rəqəmsal ordunun müasir hərbi strategiyanın ayrılmaz tərkib hissəsinə çevrildiyini vurğulayıblar.

IT sahəsində ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən yarışın yekununda zabitlərin nəzəri bilikləri test üsulu ilə, praktiki bacarıqları isə virtual platformalar üzərində yoxlanılıb və qaliblərə mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti