Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində xidmət təşkilatlarının rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bu barədə Trend-ə Xaçmaz rayon İcra Hakimiyyətindən məlumat verilib.
Müşavirədə yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli, əhalinin qaz, işıq, su, yol və rabitə ilə təchizatı istiqamətində görülən işlər eləcədə qarşıda duran vəzifələr ətrfalı müzakirə edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev son bir ay ərzində sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra nümayəndələrinin və xidmət təşkilatlarının rəhbərlərinin məruzlərini dinləyib. Yay mövsümü əlaqədər dənizkənarı ərazilərin, park və xiyabanların təmiz saxlanılması, qanunsuz tikintinlərin qarşısının alınması ilə tapşırıqlarını verib.
Müşavirədə bəzi icra nümayəndələrinə ciddi iradlar tutulub, nöqsanların qısa müddət ərzində aradan qaldırılması tapşırılıb.