Ağdam.Trend:
Ağdamda bir neçə yaşayış məntəqəsində qarın hündürlüyü 15 santimetri keçib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, gecə saatlarından başlayan qar yağışı nəticəsində rayonda qarın hündürlüyü artıb.
Belə ki, rayonun Quzanlı, Xındırıstan, Mirəşelli, Əhmədağalı kəndləri və Baharlı qəsəbəsi də daxil olmaqla bir sıra ərazilərdə qar örtüyü eyni səviyyəyə yüksəlib.
Qarın hündürlüyü hazırda yollarda avtomobillərin hərəkətinə ciddi maneə yaratmayıb. Hazırda qar yağışı fasilələrlə davam edir.
