Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi (YENİLƏNİB)

Gündəm Xəbər 15 Oktyabr 2026 11:40 (UTC +04:00)
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstanda Azərbaycan əsili rusiyalı reper “Navai” barəsində narkotik maddələrin qaçaqmalçılığı işi üzrə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə “Mash” telegram kanalı məlumat yayıb.

Məhkəmədə reperin təqsiri sübuta yetirilsə, o 7 il müddətinə avtomobil idarə etmək qadağası və 15 sutka müddətinə inzibati həbslə üzləşə bilər.

xxx
10:11

Qazaxıstanda saxlanılan Azərbaycan əsilli reper “Navai” (Nəvai Bəkirov) barəsində ittihamlar ağırlaşdırıla bilər.

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Bildirilir ki, ötən gün “Korday” sərhəd-keçid məntəqəsində narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılan müğənninin qanında qadağan olunmuş maddələr də aşkarlanıb.

Reperin təqsiri sübuta yetirilsə, o 7 il müddətinə avtomobil idarə etmək qadağası və 15 sutka müddətinə inzibati həbslə üzləşəcək

Qanında narkotik vasitələrin tapılması səbəbilə isə reper Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

Xatırladaq ki, Navai səhnə adı ilə tanınan müğənninin tam adı Nəvai Bəhman oğlu Bəkirovdur. O, Rusiya səhnəsində reper və müğənni kimi tanınır və HammAli & Navai duetinin üzvü olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti