Bakı. Trend:
Hindistanın xarici işlər naziri Subramanyam Caişankar Azərbaycana səfər edəcək.
Trend xəbər verir ki, səfər çərçivəsində Hindistanın xarici işlər naziri bir sıra görüşlər keçirəcək. Bundan başqa, Subramanyam Caişankarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirəcəyi nəzərdə tutulur.
Xatırladaq ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Ceyşankar 2019-cu ilin mayından bu postu tutur.
