...

Oğuzun Olimpiya Kompleksi çöküb

Hadisə Materials 30 Oktyabr 2007 18:03 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Oğuz rayonunun tikilməkdə olan Olimpiya Kompleksi oktyabrın 30-da axşam saatlarında çöküb. Trend in bölgə müxbirinin məlumatına görə, binanın çökməsi zamanı tələfat qeydə alınmayıb. Lakin dağıntılar altında kran və texnika qalıb.

Hadisə ilə bağlı Oğuz rayon İcra hakimiyyətindən əlavə məlumat verilməyib.

Oğuzun Olimpiya Kompleksinin 2 mərtəbəsi tikilmişdi və üçüncü mərtəbəsi qaldırılırdı. Kompleks 15 hektar ərazini əhatə edir.

Xəbər lenti

Xəbər lenti