...

Azərbaycan Milli Elmlər Akademiyasında baş verən yanğın zamanı akademik vəfat edib

Hadisə Materials 5 Mart 2008 14:54 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında baş verən yanğın zamanı akademik vəfat edib

Azərbaycan, Bakı, 05 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Texnologiya İnstitutunun yeddinci mərtəbəsində bu gün günorta saatlarında baş verən yanğın nəticəsində 87 yaşlı akademik Hacıbəy Sultanov ölüb. Bu barədə çərşənbə günü Trend ə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin məlumatına görə, yanğın həmin mərtəbədə olan Şamaxı Astrofizika Rəsədxanasının Bakı ofisində olub. Akademik Sultanov kəskin boğucu iydən vəfat edib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Sultanov Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri idi.

Xəbər lenti

Xəbər lenti