...

Lənkəranda güclü partlayış baş verib

Hadisə Materials 20 Mart 2008 01:01 (UTC +04:00)
Lənkəranda güclü partlayış baş verib

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir P.Əliyeva/ Martın 19-da, saat 22.00 radələrində Lənkəran şəhərində "Kiçik bazar" adlanan ərazidə güclü partlayış baş verib. Partlayış Vaqif Rzayevə məxsus üçmərtəbəli evdə (Müslim Maqomayev, 22 ünvanında yerləşir) olub.

Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerinə gəliblər. Hələlik partlayışın səbəbləri ilə bağlı rəsmi məlmat verilmir.

Partlayış nəticəsində ətrafda yerləşən 20-yə yaxın evin şüşələri və qapıları sınıb. Trend in müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, partlayışın radiusu 150 metr təşkil edib. Partlayış nəticəsində bir qadın xəsarət alıb.

Ətraf evlərin sakinlərinin bildirdiyinə görə, partlayışın baş verdiyi evin sahibi Rusiyada yaşayır. Evdə təmir işləri aparılırdı.

Xəbər lenti

Xəbər lenti