Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Sabunçu rayonunda odlu silahla qətlə yetirilmiş şəhər sakininin meyiti tapılıb.
DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend a verilən məlumata görə, Bakıxanov qəsəbəsində, Bakı şəhər sakini Şahlar Abbasovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.
Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədib "Hyunday" markalı avtomaşında hadisə yerindən qaçmış Bakı şəhər sakini Cavad Talıbov tutulub.
Ondan 1 ədəd "Makarov" tipli tapança götürülüb. Barəsində rayon prokurorluğunda cinayət işi açılıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]