Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda Böyük Britaniya vətəndaşı intihar edib.
Bakının Nəsimi rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, çərşənbə axşamı səhər saat 7 radələrində Tolstoy küçəsi, dalan9, ev2 ünvanında Böyük Britaniya krallığının İrlandiya respublikasının vətəndaşı, 31 yaşlı Cameron Qavin Vilyamın cəsədi aşkarlanıb.
Britaniya vətəndaşı "MAEPSK Contrakt" şirkətində 4 nəfər digər britaniyalı vətəndaşla birgə qaynaq işlərinin aparılması üçün dünən Azərbaycana gəlib.
O, Hall Kat mehmanxanasında məskunlaşıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Müəlliflə əlaqə ünvanı: [email protected]