...

Azərbaycanın iki hərbçisi yol qəzasında ölüb

Hadisə Materials 24 Noyabr 2010 10:45 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev çərşənbə günü Trend-ə bildirib ki, noyabrın 23-dən 24-nə keçən gecə Bakının Səbail rayonu ərazisində Hərbi Dəniz Qüvvələrinin zabiti, 21 yaşlı Kamil Hüseynov idarə etdiyi "Opel" markalı avtomobili yol kənarındakı dirəyə çırpıb.
Azərbaycanın iki hərbçisi yol qəzasında ölüb

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyinin iki hərbçisi yol qəzasında ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev çərşənbə günü Trend-ə bildirib ki, noyabrın 23-dən 24-nə keçən gecə Bakının Səbail rayonu ərazisində Hərbi Dəniz Qüvvələrinin zabiti, 21 yaşlı Kamil Hüseynov idarə etdiyi "Opel" markalı avtomobili yol kənarındakı dirəyə çırpıb.

Qəza zamanı sürücü və sərnişini, hərbçi, 27 yaşlı Fuad Almazov aldıqları xəsarətdən hadisə yerində dünyalarını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti