Azərbaycan, Bakı, 26 may /Trend, müxbir S.Ağayeva/
İstanbulda partlayış Azərbaycanın Baş konsulluğunun binası yaxınlığında baş verib, lakin xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə Trend-ə baş konsul Həsən Zeynalov məlumat verib.
Zeynalov bildirib ki, Azərbaycanın Baş konsulluğu partlayışdan dərhal sonra şəhərin yerli hakimiyyəti ilə əlaqə saxlayıb və aydın olub ki, xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
İstanbulun Avropa hissəsində, Etiler rayonunda saat 09:00-da partlayış baş verib. Trend-in məlumatına görə, xəbəri "Sabah" qəzeti yayıb.
Metro stansiyasının yaxınlığında baş verən partlayış nəticəsində ən azı 10 nəfər xəsarət alıb. Partlayışın səbəbləri hələlik məlum deyil. Hadisə yerinə təcili yardım maşınları göndərilib.