...

Ucar rayonunda avtomobil kanala düşüb, sürücü həlak olub

Hadisə Materials 7 İyun 2011 12:13 (UTC +04:00)
Ucar rayonunda avtomobil kanala düşüb, sürücü həlak olub.
Ucar rayonunda avtomobil kanala düşüb, sürücü həlak olub

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ucar rayonunda avtomobil kanala düşüb, sürücü həlak olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ucar rayonu, Yuxarı Şilyan kəndində (rayon mərkəzindən 29 km aralı) "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq Yuxarı Şirvan kanalına düşüb.

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1967-ci il təvəllüdlü Nazim Mahmud oğlu Tağıyevin cəsədini və avtomobili sudan çıxarıb.

Qəza zamanı xəsarət almış sərnişin xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti