...

Bakıda ABŞ və Böyük Britaniya vətəndaşlarını döyən daha bir nəfər saxlanılıb

Hadisə Materials 28 İyun 2011 10:36 (UTC +04:00)
Bakıda amerikalı jurnalist Amanda Erikson və Böyük Britaniyalı hüquq müdafiəçisi Seliya Devisi döyən sonuncu şəxs tutulub.
Bakıda ABŞ və Böyük Britaniya vətəndaşlarını döyən daha bir nəfər saxlanılıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ABŞ-dan olan jurnalist Amanda Erikson və Böyük Britaniyadan olan hüquq müdafiəçisi Seliya Devisi döyən sonuncu şəxs tutulub.

Yasamal rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, əcnəbiləri döyməkdə şübhəli bilinən Nazim Hüseynov iyunun 27-də saxlanılıb.

İyunun 15-dən 16-na keçən gecə saat 00:20 radələrində paytaxtın Yasamal rayonunda Vidadi küçəsində Böyük Britaniya vətəndaşı Seliya Devis və ABŞ vətəndaşı Amanda Erikson dörd nəfər naməlum şəxs tərəfindən döyülüb.

Bir neçə gün öncə isə hadisəni törətməkdə şübhəli bilinən üç nəfər - Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanov, Ramana qəsəbəsi sakini Tağızadə Adil Hüseyn oğlu və Nəsimi rayonu sakini Həsənov Roman Musa oğlu saxlanılmışdı.

Xəbər lenti

Xəbər lenti