...

Xüsusi komissiya Azərbaycan təyyarəsinin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Əfqanıstana yola düşəcək

Hadisə Materials 6 İyul 2011 14:42 (UTC +04:00)
Azərbaycan Mülki Aviasiya Administrasiyası iyulun 6-na keçən gecə Əfqanıstanda Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsinin qəzaya uğraması səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb.
Xüsusi komissiya Azərbaycan təyyarəsinin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Əfqanıstana yola düşəcək

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir S.Əliyev/

Azərbaycan Mülki Aviasiya Administrasiyası iyulun 6-na keçən gecə Əfqanıstanda Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsinin qəzaya uğraması səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb. Bu barədə Trend-ə hadisənin araşdırılması üzrə komissiyanın üzvü, "Silk Way" aviaşirkətinin direktorunun müşaviri Adil Qasımov deyib.

Onun sözlərinə görə, Mülki Aviasiya Administrasiyas nümayəndələrinin daxil olduğu komissiyanınn üzvləri yaxın vaxtlarda qəzanın yerində araşdırılması üçün Əfqanıstana yola düşəcəklər.

Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərinin adları açıqlanıb:

1.Gəminin kapitanı Sergey Kuzmin (1969-cu il təvəllüd)
2. İkinci pilot Oleq Marşixin (1979-cu il)
3. Şturman İqor Çjen (1966-cı il)
4. Bort mühəndisi Vladimir Şatobin (1969-cu il)
5. Bort radisti Əhmədcan Xacayev (1955-ci il)
6. Bort operatoru Elnur Mahmudov (1981-ci il)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964-cü il)
8. Aviatexnik Əfqan Rəhimov (1980-ci il)
9. Aviatexnik Mehman Hüseynov (1962-ci il)

İyulun 5-dən iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsindəki ekipaj üzvlərindən dördü Azərbaycan vətəndaşı olub. Bu barədə Trend-ə Azərbaycanın Əfqanıstanda akkreditə olunmuş Pakistandakı səfiri Daşqın Şikarov bildirib.

Səfir bildirib ki, digərləri Özbəkistan vətəndaşlarıdır, - o bildirib.

Təyyarənin qəzaya uğradığı Əfqanıstanın Pərvənd qəzasının Siyah Gərd əyalətinin başçısı Əbdülhəlim Mücəddədinin Trend-ə bildirdiyinə görə, təyyarə Aksan kəndi yaxınlığında dağa çırpılıb. Bundan sonra regionda görünən yanğın baş verib.

Polisin və Pərvənd əyalətinin nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb, hazrıda onlar həlak olanların meyitlərini axtarırlar.

O, "Taliban"ın təyyarənin onlar tərəfindən vurulması ilə bağlı verdiyi bəyanatı təkzib edib.

Çərşənbə günü ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms Trend-ə bildirib ki, təyyarə beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib.

Azərbaycan Mülki Aviasiya Adminsitrasiyasından verilən məlumata görə, Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti