...

Bakıda 39 cinayətkar qrup zərərsizləşdirilib

Hadisə Materials 22 İyul 2011 13:38 (UTC +04:00)
Bu ilin 6 ayında Bakıda 5580 cinayət hadisəsi qeydə alınıb. Trend-in Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzetinə istinadən verdiyi məlumata görə, qeydə alınan cinayətlərin 89,1 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 10,9 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub.
Bakıda 39 cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 6 ayında Bakıda 5580 cinayət hadisəsi qeydə alınıb.

Trend-in Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzetinə istinadən verdiyi məlumata görə, qeydə alınan cinayətlərin 89,1 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 10,9 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub.

Ümumi cinayətlərin açılması 74,4 faiz təşkil edib.

Birinci yarımil ərzində həyata keçirilən tədbirlər nəticəsində paytaxtda 13 quldurluq və 29 soyğunçuluq hadisəsi törətmiş 97 nəfərdən ibarət 39 cinayətkar qrup, habelə 33 mənzil oğurluğu törətmiş 48 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.

Axtarışda olan təqsirləndirilən şəxslərlə bağlı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 734 nəfərdən 394-ü, habelə əvvəlki illərdən axtarılan 58 nəfərin tutulması təmin edilib. Tutulan şəxslərdən 78 nəfəri xüsusilə ağır cinayət törətmiş şəxslərdir.

Paytaxt polisi tərəfindən hesabat dövründə 129 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti