...

Xaçmazda sürücü piyadanı vurub

Hadisə Materials 24 Sentyabr 2011 12:42 (UTC +04:00)
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Xaçmaz rayon sakini Nəbi Hüseynov xəstəxanada ölüb.
Xaçmazda sürücü piyadanı vurub

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Xaçmaz rayon sakini Nəbi Hüseynov xəstəxanada ölüb.

Trend-in şənbə günü DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, sentyabrın 22-də saat 21:00 radələrində Xaçmaz rayonu ərazisində, rayon sakini İsmayıl İsmayılov "Daewoo Nexia" markalı avtomaşını idarə edərkən rayon sakini Nəbi Hüseynovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Hüseynov sentyabrın 24-də orada ölüb.

Xəbər lenti

Xəbər lenti