...

Suriyada nümayişlərdə 36 nəfər həlak olub

Hadisə Materials 14 Oktyabr 2011 14:42 (UTC +04:00)
Suriyanın müxtəlif şəhərlərində dünən keçirilən nümayişlər zamanı 36 nəfər həlak olub. Bu barədə Trend-in "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumatda deyilir.
Suriyada nümayişlərdə 36 nəfər həlak olub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriyanın müxtəlif şəhərlərində dünən keçirilən nümayişlər zamanı 36 nəfər həlak olub. Bu barədə Trend-in "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumatda deyilir.

Suriya hüquq-mühafizəçiləri xəbər verib ki, ölkənin təhlükəsizlik qüvvələri Homs, Duma və İdlib şəhərələrində nümayişçilərə atəş açıb.

Suriyada təqribən yeddi aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,9 min nəfəri ötüb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqan kimi Milli Keçid Şurasını yaradıblar.

Oktyabrın 4-də Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar. Sənəd, Suriya hakimiyyəti tərəfindən ölkədə müxalifətə təziyiqin davam etdiriləcəyi halda, sanksiyaları nəzərdə tutur və kənardan xarici müdaxilənin yolverilməzliyi haqqında məzmuna malik deyil.

Xəbər lenti

Xəbər lenti