...

Bakıda şirkət xəzinədarına hücum olunub, 20 min manat oğurlanıb

Hadisə Materials 6 Yanvar 2012 11:46 (UTC +04:00)
Bakıda naməlum şəxs xəzinədarın əlindən 20 min manat pulu alıb.
Bakıda şirkət xəzinədarına hücum olunub, 20 min manat oğurlanıb

Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir K.Zərbalıyeva/

Bakıda naməlum şəxs xəzinədarın əlindən 20 min manat pulu alıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dünən Fətəli xan Xoyski, 113 ünvanında naməlum şəxs "Electronics Arts" şirkətinin xəzinədarı Mərdan Xankişiyevə hücum edərək içində 20000 manat pul olan bağlamanı onun əlindən alaraq qaçıb.

Araşdırma zamanı cinayəti törədən şəxsin şəxsiyyəti müəyyənləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti