Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/
İmişlidə 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
İmişli rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Gövhərli kənd sakini 1972-ci il təvəllüdlü Qalib Cəfərov hamamda çimərkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.