...

Bakıda odlu silahdan yaralanan şəxs ehtiyatsızlıqdan özünü vurduğunu deyib

Hadisə Materials 7 Mart 2012 09:38 (UTC +04:00)
Bakıda ofislərin birində odlu silah yarası alan 51 yaşlı kişi ehtiyatsızlıqdan özünü vurduğunu deyib.
Bakıda odlu silahdan yaralanan şəxs ehtiyatsızlıqdan özünü vurduğunu deyib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbirlər K.Zərbalıyeva/

Bakıda ofislərin birində odlu silah yarası alan 51 yaşlı kişi ehtiyatsızlıqdan özünü vurduğunu deyib.

Nəsimi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən günorta saatlarında Ceyhun Hacıbəyli küçəsində yerləşən ofisdə 1961-ci il təvəllüdlü Elşən Həsənov döş qəfəsindən güllə yarası alıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həsənov ilkin ifadəsində silahla ehtiyatsız davranma nəticəsində atəş açıldığını və xəsarət aldığını bildirib. Silah "Makarov" tipli tapança olub. Hüquq-mühafizə orqanları silahın kimdən və necə əldə edildiyini araşdırır.

Həsənov fərdi sahibkarlıqla məşğul olur.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) və qanunsuz odlu silah saxlama, əldə etmə, gəzdirmə (228-ci) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti