...

Mülki vətəndaşlara atəş açan ABŞ hərbiçisi Əfqanstanda saxlanılıb

Hadisə Materials 11 Mart 2012 11:54 (UTC +04:00)
Mülki vətəndaşlara atəş açması güman edilən ABŞ hərbiçisi bazar günü Əfqanstanda saxlanılıb.
Mülki vətəndaşlara atəş açan ABŞ hərbiçisi Əfqanstanda saxlanılıb

Azərbaycan, Bakı, 11 mart /Trend/

Mülki vətəndaşlara atəş açması güman edilən ABŞ hərbiçisi bazar günü Əfqanıstanda saxlanılıb.

Trend-in Assosiated Press-ə istinadən verdiyi xəbərə görə, NATO-nun rəsmi nümayəndəsi, kapitan Jastin Brokhof bildirib ki, Kandaqar vilayətində baş vermiş hadisə nəticəsində bir neçə nəfər yaralanıb, ölən yoxdur.

O, həmçinin qeyd edib ki, hadisə koalisiya qüvvələrinin hərbi bazasından kənarda baş verib.

Bütün yaralananlara NATO hərbi həkimləri tərəfindən tibii yardım göstərilir. Hazırda hərbiçinin mülki vətəndaşlara atəş açmasının səbəbləri məlum deyil. ABŞ hərbiçiləri yerli hökumət orqanları ilə birgə hadisəni araşdırmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti