Azərbaycan, Bakı, 21 may / Trend müxbir K.Zərbalıyeva/
İki nəfər suda boğulub.
Trend-in Daxili İşlər Naziliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 18-də Hacıqabul rayonunun Talış kəndi ərazisində, kənd sakini Yədulla Zərbalıyev su kanalına düşərək boğulub.
Mayın 19-da Qax rayonunun İlisu kəndi ərazisində, Bakı şəhər sakini Həqiqət Orucova "Ulu Körpü" istirahət mərkəzinin yaxınlığından keçən Kürmük çayını keçərkən yıxılıb və suda boğulub.
Hər iki fakt üzrə araşdırma aparılır.