...

İranda mikroavtobus dərəyə düşüb, ölən və yaralananlar var

Hadisə Materials 12 İyul 2012 15:09 (UTC +04:00)
İranın Hörmuzgan əyalətində yerləşən Hemaq kəndinə gedən yolda mikroavtobus dərəyə aşıb.
İranda mikroavtobus dərəyə düşüb, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Cəfərov/

İranın Hörmuzgan əyalətində yerləşən Hemaq kəndinə gedən yolda mikroavtobus dərəyə aşıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Mehr" agentliyi xəbər verir.

Məlumata əsasən, mikroavtobusun sərnişinləri yeniyetmələr olub.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. İndiyədək 2 nəfərin cəsədi dərədən çıxarılıb, 10 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Xəbər lenti

Xəbər lenti