Azərbaycan, Bakı, 15 avqust /Trend/
Gürcüstandan Azərbaycana gizli yolla qızıl zinət əşyaların keçirməyin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə daxil olan məlumata görə, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Emin Əliyevin etibarnamə ilə idarə etdiyi "Mercedes Benz E240" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilən zaman həmin nəqliyyat vasitəsinin salonunda çay qutusunun içindən qızıl zinət əşyaları - 2 ədəd boyunbağı, 2 ədəd qolbağı, 3 ədəd üzük və 2 cüt sırğa gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək götürülüb.
Gürcüstandan Azərbaycana gizli yolla qızıl zinət əşyaların keçirməyin qarşısı alınıb
Dövlət Gömrük Komitəsindən Trend-ə daxil olan məlumata görə, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Emin Əliyevin etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E240” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilən zaman həmin nəqliyyat vasitəsinin salonunda çay qutusunun içindən qızıl zinət əşyaları - 2 ədəd boyunbağı, 2 ədəd qolbağı, 3 ədəd üzük və 2 cüt sırğa gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək götürülüb
