...

Bakıda sərnişinlərin həyatını təhülkə altında qoyan sürücülər (VİDEO)

Hadisə Materials 31 Oktyabr 2012 10:31 (UTC +04:00)
Bakıda sərnişinlərin həyatını təhülkə altında qoyan sürücülərin ucbatından insanlar həyatlarını itirirlər.
Bakıda sərnişinlərin həyatını təhülkə altında qoyan sürücülər (VİDEO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda sərnişinlərin həyatını təhülkə altında qoyan sürücülərin ucbatından insanlar həyatını itirirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin 9 ayında Bakıda baş verən 756 yol qəzası nəticəsində 234 nəfər həlak olub, 831 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qəzaların 271-i (109 ölüm, 243 xəsarət) sürət həddinin aşılması, 112-si (36 ölüm, 175 xəsarət) ötmə qaydalarının pozulması, 63-ü (12 ölüm, 86 xəsarət) yolayrıcı keçmə qaydalarının pozulması səbəbindən baş verib.

Bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti