Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Bakıda dələduzluq edən qadın tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 28-də Ramanı qəsəbəsi II sahədə Nəzakət adlı şəxs qəsəbə sakini Mehriban Rüstəmovanın etimadını qazanaraq ondan 3300 manat alıb.
Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Nəzakət Məhərrəmova noyabrın 7-də tutulub.