...

İranın Lorestan əyalətində zəlzələ baş verib

Hadisə Materials 27 Noyabr 2012 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend müxbir T.Cəfərov /

İranın Lorestan əyalətinin Azna şəhərində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla 09:59-da qeydə alınıb. Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Lakin Azna şəhərində bir çox evlərə ziyan dəyib.
Hazırda ətraf kəndlərə yardım qrupları göndərilib. Bəzi bölgələrdə məktəblərdə tətil elan olunub.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan və Əhər şəhərlərində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti