...

Masallı rayon Polis Şöbəsinə bomba qoyulması barədə məlumat daxil olub

Hadisə Materials 18 Fevral 2013 13:52 (UTC +04:00)
Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb və təsdiqini tapmayıb.
Masallı rayon Polis Şöbəsinə bomba qoyulması barədə məlumat daxil olub

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İzzət/

Masallı rayon Polis Şöbəsinə bomba qoyulması barədə məlumat daxil olub.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 17-də saat 16.00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng etmiş naməlum şəxs "Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar" deyərək telefonu qapayıb.

Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb və təsdiqini tapmayıb.

Araşdırmalar zamanı zəng edən şəxsin Masallı rayonunun Qızılavar kənd sakini Rəşadət Əzizov olması müəyyən edilib və o, saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti